"Bəlkə də bu fərqlə qələbə qazanmağımız yaxşı olmadı" - Kurtinaytis

"Sabah" Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ilk yarımfinalında "Xırdalan"a 101:85 qalib gəlib.

Presssport.az xəbər verir ki, ölkə çempionunun baş məşqçisi Rimas Kurtinaytis qələbəni şərh edərək, matça yaxşı başladıqlarını vurğulayıb: "Təmkinli oynayaraq görüşün gedişatına tam nəzarət etdik. Səhvlərimiz olsa da, basketbolçularımızın oyuna yaxşı köklənməsi, qələbə istəyi məni razı saldı. Lakin hələ heç nə bitməyib. İlk oyunda qazanılan qələbə bəzən aldadıcı ola bilər. Bəlkə də bu fərqlə qələbə qazanmağımız yaxşı olmadı. Arxayınlaşmaq olmaz. "Xırdalan" seriyanı 3-cü oyuna aparmaq üçün əlindən gələni edəcək. Amma biz də bu təzyiqə hazır olmalıyıq".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC