Cüdoçumuz Astanadakı "Böyük Dəbilqə"də bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Kamran Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

Presssport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan millimizin üzvü 3-cü yer uğrunda mübarizədə digər komanda yoldaşı Ruslan Paşayevlə qarşılaşıb.

Rəqibini üstələyən Süleymanov Azərbaycana yarışda ilk medalı qazandırıb.

Kişilərin yarışında Əhməd Yusifov (60 kq) üçüncülük uğrunda görüşdə Yeldos Smetova (Qazaxıstan) uduzub.

Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) türkiyəli Tucer Bederə yenilib.

Onu da bildirək ki, turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC