Cüdoçumuz Astanadakı "Böyük Dəbilqə"də yarımfinala yüksəlib

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan təmsilçisi yarımfinala yüksəlib.

Presssport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə Hindistan, Gürcüstan, Qazaxıstan və İsraildən olan rəqiblərinə qalib gəlməklə, həlledici mərhələnin bir addımlığına yaxınlaşıb.

O, yarımfinalda Manuel Lombardo (İtaliya) ilə qarşılaşacaq.

Digər təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi 81kq) məşqçilərin etimadını doğrultmayıb.

Yarışın ilk günündə cüdoçularımızdan Kamran Süleymanov bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC