"Sabah"ın son ev matçında hədiyyə qazanmaq imkanı

"Sabah" mayın 18-də mövsümün son ev matçına çıxacaq.

Presssport.az xəbər verir ki, rəqib “Sumqayıt”dı.

Klubun sponsorları mövsümün ən həlledici anlarını azarkeşlər üçün daha maraqlı və yaddaqalan etmək istəyirlər. Belə ki, “Sabah”ı stadiondan dəstəkləməklə, sponsorlar tərəfindən elektroskuter və digər qiymətli hədiyyələr qazanmaq imkanı əldə edə bilərsiniz.

“Sabah” – “Sumqayıt” oyununa gəl, futboldan həzz al, hədiyyələr qazan!

Oyun mayın 18-də, saat 17:00-da “Bank Respublika Arena”da keçiriləcək. Matçdan iki saat əvvəl stadionun ərazisində fan zona fəaliyyət göstərəcək.

Biletləri bu gündən etibarən “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC