Agenti Kadinin "Qarabağ"a dönməsi ilə bağlı məsələdə son nöqtəni qoydu

“Qarabağ”la adı hallanan braziliyalı legionerinKadi Borges “Krasnodar”da qalacaq. Presssport.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Helsio Alisk məlumat verib.

Rusiya mətbuatına danışan braziliyalı agent bununla da Kadinin “Qarabağ”a qayıdacağı ilə bağlı söz-söhbətlərə son qoyub:

“Borges “Krasnodar”ı tərk etməyəcək. O, komandada qalacaq”.

Xatırladaq ki, 28 yaşlı Borges 2023-cü il yanvarın 14-də “Krasnodar”a keçib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC