Şeydayevin baş məşqçisi istefaya göndərildi

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu baş məşqçisi Mustafa Gürsəllə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti xəbər yayıb.

Gürsəlin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyi bildirilib. O, bu ilin fevralın 20-də baş məşqçi təyin edilmişdi.

Xatırladaq ki, "Kocaelispor" mövsümü 55 xalla 6-cı pillədə başa vurub. Komanda Super Liqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC