Parataekvondoçumuz Avropa çempionatının gümüş mükafatçısı oldu

Bu gün Serbiyada keçirilən parataekvondo üzrə Avropa çempionatının sonuncu günündə -80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Əbülfəz Abuzərli dayanq üzərinə çıxıb.

Presssport.az xəbər verir ki, 1/4 finalda türkiyəli Arda Adem Özkulu (23:9), yarımfinalda Böyük Britaniya təmçilsisi Jozef Leyni (12:3) məğlub edən Əbülfəzin finalda rəqibi cənubi koreyalı Jeonq Joo olub. Finalda məğlub olan (7:15) idmançımız qitə çempionatının gümüş medalını qazanıb.

Onu da bildirək ki, Abuzərli ötən il Rotterdamdakı analoji yarışda qitənin ən güclüsü olmuşdu. İdmançımız həmçinin dünya çempionatının finalçısı və üçqat bürünc medalçısıdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC