Qazi parakarateçilərimiz Avropa çempionatında tarixi ilkə imza

Azərbaycanın qazi parakarateçiləri tarixi ilkə imza atıb.

Presssport.az xəbər verir ki, əlil arabasında cıxış edən Birinci Qarabağ müharibəsi qazisi Eldar Əhmədov Avropa çempionatının qızıl medalını qazanaraq Xorvatiyada Dövlət Himnimizi səsləndirib.

Digər parakarateçimiz, əlil arabasında çıxış edən Vətən müharibəsi qazisi Vidadi Xalıqov isə fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.

Beləliklə, Avropa çempionatları tarixində ilk dəfə olaraq Azərbaycan qaziləri fəxri kürsünün ilk iki pilləsində qərarlaşıblar.

Bundan əlavə, görmə qabiliyyəti zəif olan qadınlar arasında Emilya Mitlinova, görmə qabiliyyəti zəif olan kişilər arasında isə Nihat Məmmədzadə gümüş medal qazanıb.

Xatırladaq ki, parakarate üzrə yığma komandamızın baş məşqçisi Rənad Əliyevdi. Komandamız yarışa AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC