Cüdo üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb

Birləşmiş Ərəb Əmirlikləri 19-24 mayda cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Presssport.az xəbər verir ki, 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi çempionatda Azərbaycan milli komandası 8 çəki dərəsində 9 kişi və 2 qadın ilə təmsil olunacaq.

Yarışda iştirak etməli olan cüdoçularımız -52 kq. çəkidə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva zədəli olduqlarına görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən yarışa qatılmayacaq.

Mundialda cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Dünya çempionatında fərdi yarışlar 19-23 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən “Mubadala Arena”-da keçiriləcək.

Fərdi yarışlarda təmsil edəcək Azərbaycan milli yığmasını heyətini təqdim edirik:

Qadınlar

-48 kq.

Leyla Əliyeva

-57 kq.

Acelya Toprak

Kişilər

-60 kq.

Balabəy Ağayev

Turan Bayramov

-66 kq.

Yaşar Nəcəfov

Kamran Süleymanov

-73 kq.

Hidayət Heydərov

-81 kq.

Zelim Tçkayev

-90 kq.

Elcan Hacıyev

Vüqar Talıbov

-100 kq.

Zelim Kotsoyev


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC