Mirzov “Neftçi”dən gedir? – Açıqlama

“Neftçi”nin rusiyalı legioneri Reziuan Mirzovun agenti Aleksandr Klyuev futbolçusunun klubla müqaviləsinin uzadılması ehtimalı ilə bağlı danışıb.

Presssport.az xəbər verir ki, o, iyunun 30-da "ağ-qaralar"la sözləşməsi başa çatacaq 30 yaşlı cinah yarımmüdafiəçinin qarşıdakı iki oyundan sonra qərar verəcəyini deyib: "Bəli, Mirzovun “Neftçi” ilə müqaviləsi başa çatır. İndi Azərbaycan çempionatının son oyunları olacaq və bundan sonra vəziyyətə baxacağıq. Hələlik əlavə etmək üçün başqa heç nə yoxdu”.

Onu da bildirək ki, “Neftçi”yə mövsümün əvvəlində “Ximki”dən keçən Mirzov 24 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC