Abbasov qarşılarına avrokuboklar hədəfi qoyulduğunu açıqladı: "Biz qışqırırdıq, mükafat deyildi, amma konkret rəqəm açıqlanmadı"

"Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasov Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

Bu yay keçdiyi yeni klubunda vitse-kapitan olan 32 yaşlı müdafiəçi müsahibəsində həm “Turan Tovuz” üzərində qazandıqları vacib səfər qələbəsi (2:1), həm də bu yaxında Premyer Liqamızda keçirdiyi 300-cü oyun haqda danışıb.

- "Turan Tovuz"la görüşdə qələbə qazanacağınızı gözləyirdiz?

Ağır oyun olacağını bilirdik. Çünki "Turan Tovuz" süni örtüklü meydançada oynayır. Biz də buna öyrəşməmişik. "Turan Tovuz" turnir cədvəlinə liderlik edirdi, bir az təzyiq var idi. Amma yaxşı oynadıq. Bilirdik ki, rəqib uzun ötürmələrdən çox istifadə edir. Vacib qələbə qazandıq.

- Ötən mövsüm "Araz-Naxçıvan" 4 oyunda da "Turan Tovuz"a uduzmuşdu...

Oyundan qabaq inanırdım ki, qələbə qazana bilərik. Oyundan-oyuna daha çox inkişaf etməliyik. Daha çox top saxlasaq, daha çox epizodlara girərik. Hələ ki, nəticəyə oynayırıq. Gələcək oyunlarda inkişaf edib, daha yaxşı oyun göstərəcəyik.

- "Dalğa Arena"nın təbii örtüyü də pis durumdadır. Ora "Turan Tovuz"un süni örtülü meydançasından yaxşıdır?

Düzdür, "Dalğa Arena"nın ot örtüyü də pis gündədir. Amma süni meydançadansa, təbii ot daha yaxşıdır. Sintetik meydanda qaçan kimi, dərhal əzələlər dolur, tutulur. Belə meydanda oynamaq üçün öyrəşmək lazımdır.

- Roderik Miller - Ramon Maçado epizodu çox müzakirə edildi. Həmin epizod haqda nə düşünürsən? Hakim haqlı idi?

Epizoda çox yaxın deyildim. Yəqin ki, baş hakim düzgün qərar verdi.

- Azarkeşlərin təzyiqini nə dərəcədə hiss edirdiz? Felipe Santosun vurduğu qoldan sonra bunu onların qarşısında qeyd etməsi azarkeşləri daha da qıcıqlandırdı. Onu qınayırsız?

Əlbəttə. Oyunun gedişində də ona dedik. Hətta matçdan sonra rəhbərimiz kiçik iclas etdi və orada da dedi ki, belə hərəkətlər yolverilməzdir. Bundan sonrakı oyunlarda belə hərəkətlərə yol vermərik.

  • - Paltardəyişmə otağında yaman səs-küy idi. Deyəsən, qələbə üçün yaxşı mükafat verildi...
    - Yox, sözün düzü, biz qışqırırdıq, amma məbləğ açıqlanmadı. Mükafat deyildi, amma konkret rəqəm açıqlanmadı.  

- Ehtiyat skamyanız geniş deyil. Necə olacaq?

Çempionat uzun marafondur. Zədəlilər də ola bilər. Təki olmasın. Ancaq futboldur da, zədələr qaçılmazdır. Cəzalılar da həmçinin. Ehtiyat skamyamız geniş deyil. Amma çalışacağıq ki, bunu göstərməyək.

- Rəhbərlik tərəfindən qarşınıza məqsəd qoyulub?

Bəli, rəhbərlik qarşımıza avrokuboklara vəsiqə hədəfini qoyub. Oyunlarımız da pis getmir. Niyə də olmasın? Özümüzü heç bir komandadan zəif görmürəm. 

- Bu yaxınlarda 300 oyun rekorduna çatdın. Həmin rəqəmi artırmaq istəyərdin?

Kim istəməz? Zədələrdən uzaq olsam, yəqin ilk "dördlüy"ə çataram. Özümdə güc hiss edirəm. Daha çox oynayaraq, komandaya da çox xeyir vermək istəyirəm.  Əlbəttə ki, keçirdiyimiz 300 oyun arasında üzüldüyüm matçlar da var. Məsələn, ölkə kubokunun finalında "Qarabağ"la görüşdə avtoqol etmişdim. Uğursuz oyunlarımdan biridi. Ən uğurlusu? Qol vurduğum oyunlar mənim üçün uğurlu sayıla bilər.

- Futbolçu karyeranı karyerasının böyük hissəsini, uğurlu dönəmini keçirdiyin "Qəbələ"də bitirmək istəyərdin? Bir mənəvi borc olaraq…

  • - “Qəbələ” I Liqaya düşəndən sonra çox istəyərdim ki, orda qalım. Amma o zədədn sonra o stadionlarda oynamaq mənə ağır olacaqdı. Adicə bu gün oynayanda sisntetik meydançada hiss edirdim ki, mənə bir az çətin olaxaq. İnşallah, qismət. Bəlkə nə vaxtsa, təklif olarsa, istəyərdim. İndi də "Qəbələ"nin oyunlarını izləyirəm. Çalışıram ki, dəstəyimi verim. Ümid edirəm ki, onlar bu mövsüm çempion olub, yenidən Premyer Liqada iştirak edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC