"Baku Flames" komandası Kazanda B Liqasının qalibi olub

Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında təşkil edilən “Orxis Cup” beynəlxalq turnirində yer aldığı B Liqasının qalibi olub.

Presssport.az xəbər verir ki, təmsilçimiz keçirdiyi hər 3 oyunu qələbə ilə başa vurub.

Belə ki, “Baku Flames” qrupda İrana (11:6), Bəhreynə isə 2 dəfə (8:3, 7:3) qalib gəlib.

Növbəti il komandamız turnirin A Liqasında çıxış edəcək.

Xatırladaq ki, Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC