Bakıda keçiriləcək U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb

Mayın 20-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb.

Press Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, ilk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri “İticket” vasitəsilə satışa çıxarılıb.

Qiyməti 2 AZN təşkil edən biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.

Onu da bildirək ki, biletləri iticket.az saytından onlayn qaydada və “İticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündü.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC