"Turan Tovuz" rəsmiləri Niderlandda - PSV və "Feyenoord"un düşərgəsində olublar

“Turan Tovuz” PFK beynəlxalq əlaqələri gücləndirmək və təcrübə toplamaq yönündə işlərini davam etdirir. 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə klubun İdarə Heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, baş məşqçisi Ayxan Abbasov, köməkçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyev Niderlandda səfərdədi. Səfərin əsas məqsədi burdakı qabaqcıl klubların əsas komandalarda tətbiq etdikləri yeniliklər, məşq prosesi, klub idarəetməsi və struktur bölgüsü üzrə iş prosesi, akademiyaların fəlsəfəsi, infrastruktur layihələri və müasir texnologiyaların futbolda tətbiqini yaxından öyrənmək və təcrübə toplamaq olub.

Səfərin ilk günündə klub nümayəndələri son Niderland çempionu PSV-nin düşərgəsində olub. Görüş zamanı akademiya koordinatoru Mitç van Gellek prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat etdikdən sonra akademiyanın fəlsəfəsi, iş prinsipləri, seleksiya, fiziki, taktiki və psixoloji hazırlıq, akademiyanın ixtiyarına verilən infrastruktur və texnoloji yeniliklər haqda geniş məlumat verib. 

Daha sonra nümayəndələr akademiya komandalarının məşqində iştirak etməklə yerində müşahidə aparıb. Burda da məşq prosesi haqda maarifləndirici məlumatlar verilib. Nümayəndələr daha sonra klubun və akademiyanın infrastrukturu ilə yaxından tanış olub. PSV-nin əsas komandasının baş məşqçisi Peter Boşun köməkçisi Yurgen Dirx təqdim etdiyi prezentasiya ilə əsas komandanın məşq və ümumi hazırlıq planları haqda geniş məlumat verib.

Səfərin ikinci günündə klub nümayəndələri “Feyenoord”un qonağı olub. Akademiya koordinatorları David Toxopeus və Marvin Muis təqdimatla akademiyanın iş prinsipləri, istedadlı uşaqların seleksiyası, onların inkişafı üçün atılan vacib addımlar, uşaqların inkişafında tətbiq olunan fərdi yanaşma metodları haqda məlumatları çatdırıb. Nümayəndələr burdakı infrastrukturla yaxından tanış olub, məşqlərdə iştirak etməklə yerində lazımi məlumatlar əldə edib.

İşgüzar səfər davam edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC