"Qalatasaray"ın futbolçusu AVRO-2024-ü buraxmalı olacaq

AVRO-2024 öncəsi İtaliya milli komandasının heyətində ciddi itki baş verib.

Presssport.az xəbər verir ki, icarə əsasında "Aston Villa"da çıxış edən Nikolo Zanyolo sıradan çıxıb. 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Bildirilir ki, 24 yaşlı yarımmüdafiəçi ayağından zədə alıb. Nəticədə Zanyolo Avropa çempionatında yığmasına kömək edə bilməyəcək.

Xatırladaq ki, "Qalatasaray"a məxsus olan Nikolo cari mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verilib. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC