"Turan Tovuz"luların Niderland səfəri "Utrext"in düşərgəsində olmaqla başa çatıb

"Turan Tovuz"un İdarə Heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyevin Niderlanda səfəri başa çatıb. 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, PSV və “Feyenoord”dan sonra  nümayəndələr 3-cü komandanın - “Utrext”in düşərgəsində olub. 

Akademiya koordinatorlarından olan Rik van der Horst 3 ayrı prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat nümayiş etdirib. Təqdimatda akademiyanın iş prinsipinin və fəlsəfəsinin təşkili, struktur, təşkilatlanma, uşaqların fərdi və komanda şəklində inkişaf strategiyasının hazırlanması barədə geniş məlumat verilib.

Geniş fikir mübadiləsi zamanı koordinator sualları cavablandırıb. 

Daha sonra nümayəndələr akademiya komandalarının məşqlərində iştirak edib. Akademiyanın koordinatoru Rasim Əliyev məşqlərdə xüsusi qeydlər götürüb. 

Daha sonra nümayəndələr “Utrext”in baş məşqçisi Ron Yansla bir araya gəlib. Abbasovla uzunmüddətli görüşdə geniş və ətraflı fikir mübadiləsi aparılıb. Təcrübəli niderlandlı mütəxəssis əsas komandanın fiziki, taktiki, psixoloji hazırlığı, eləcə də həftəlik məşq proqramlarının tərtibi, oyun və rəqib analizlərinin aparılması barədə geniş məlumat verib. Səfərin sonunda nümayəndələr “Utrext”in əsas komandası və akademiyasının ixtiyarına verilən infrastrukturla tanış olub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC