Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Atletika üzrə yay Azərbaycan çempionatı keçiriləcək.

Presssport.az Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış mayın 17-18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında gerçəkləşəcək.

Turnirdə Bakı və respublikanın müxtəlif regionlarını təmsil edən 140-a yaxın atlet mübarizə aparacaq.

Azərbaycan millisinin aparıcı üzvlərinin də iştirak edəcəyi Azərbaycan çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yarışın açılış mərasimi mayın 17-də saat 17:00-da olacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC