"Qarabağ" mənə yeni müqavilə təklif edib, müzakirə prosesindəyik" - Lunyov

Rusiya millisinin qapıçısı Andrey Lunyov 1 ilə yaxın çıxış etdiyi “Qarabağ”la mümkün yeni müqavilə ilə bağlı danışıb.

Presssportaz xəbər verir ki, 32 yaşlı qolkiper "Match TV"yə açıqlamasında danışıqların davam etdiyini açıqlayıb. 

Lunyov "Qarabağ" sənə yeni müqavilə təklif edib?" sualını belə cavablandırıb: "Bəli, müzakirə prosesindəyik. Danışıqlar davam edir. İndi diqqətlər yalnız mövsümün sonunadı. Mövsüm başa çatanda gələcəyimlə bağlı bəzi qərarlar verəcəm".

Xatırladaq ki, Andrey "Qarabağ"la “1+1 il” şərtiylə müqavilə imzalayıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC