ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədi

ABŞ səfirliyinin təşəbbüsüylə bu ölkədən qadın güləşi üzrə 14 mütəxəssis Azərbaycanda səfərdədir.

Presssport.az Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, idmançılara "ustad dərsi" keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparacaq.

Dünən bu məqsədlə nümayəndə heyəti AGF-nin təlim-məşq bazasında olub. Qadın güləşi üzrə millinin məşqçilər heyəti və güləşçilərlə görüşən qonaqlar komandanın məşq prosesində yaxından iştirak edib. Sonda xatirə şəkli çəkdirilib və federasiya tərəfindən amerikalı məşqçilərə hədiyyələr təqdim edilib.

Onu da bildirək ki, nümayəndə heyəti səfər çərçivəsində Göygöl, Lənkəran və Masallıda yerləşən olimpiya idman komplekslərində də analoji tədbirdə iştirak edəcək. Səfərin məqsədi ölkəmizdə qadın güləşinin inkişafına və təbliğatına dəstək verməkdi.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC