“Yurqorden”in idman direktoru qaranlıq məqamlara aydınlıq gətirdi: “Qurban Qurbanov çox peşəkar oğlu olan böyük liderdi”

Millimizin futbolçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden”nin idman direktoru Bosse Andersson müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- Musanı “Qarabağ”dakı çıxışına görə transfer etdiz. Ümidlər böyük olsa da, reallaşmadı. Bunun səbəbini nədə görürsüz?
- Musa "Qarabağ"da, eləcə də Konfrans Liqasında və milli komandada yaxşı çıxış edib. O zamanlar “Qarabağ”ı izləyirdik, 1/8 finalda qarşılaşa bilərdik. Və Musanı belə gördük. Futbolda bəzən belə çətin olur. Oyunçular daha ağır dövrlərdə gəlir. Ən yaxşı forvard ən pis hücumçudan geri düşə bilir. Əlbəttə, bu da özünəinama təsir edir. Şəxsən mən düşünürəm ki, Musanın futbolçu kimi böyük gələcəyi var. O, çox peşəkar və iddialıdı.
- Sizcə, ən böyük problem nədi? Futbolçunun İsveç çempionatına uyğunlaşa bilməməsi? Yoxsa başqa səbəblər var?
- Müxtəlif səbəblər var. Gənc oyunçu kimi ölkəni və ya mədəniyyəti dəyişəndə çətin olur. Bununla belə, Musa ümumilikdə kollektivə çox yaxşı uyğunlaşıb. Çox bəyənilən komanda yoldaşıdı.
- Musanın oyunlar ərəfəsindəki məşq prosesini necə qiymətləndirirsiz? Sizcə, o, öz potensialından tam istifadə edirmi?
- Onunla müntəzəm dialoqda oluruq. Bəzən məşqlər çətin keçsə də, Musa həmişə işə ciddi yanaşır.
- Göstəricilərə baxsaq, komandaya ötən mövsümün ortalarında gələn futbolçu son 15 turun hamısında şans qazanıb. Bu qədər imkanlara baxmayaraq, cəmi 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu mövsüm etimad qazanmamasının səbəblərindən biri də ötən mövsüm şansları dəyərləndirməməsi idi?
- Əlbəttə, “Yurqorden”də çətin rəqabət var. Musa gəldiyi mövsümdə bir matçda fərqlənərək özünə inam yaratdı. “Lutsern”ə qarşı bizi Avropada daha da irəliyə apara bilərdi. Ya da çox tapşırıq yerinə yetirə bilərdi. Bəzən forvard kimi belə şeylər olur. Qollar futbolçunun özgüvənini artırır.
- Hazırda Musanın mövqeyindəki ən ciddi rəqibi Dəniz Hümmətdi. Türkiyəli futbolçu bütün göstəricilərdə ondan öndədi. Bu statistika Dəniz orda olduğuna görə Musaya şans verilmədiyi anlamına gəlirmi? Ümumiyyətlə, Musa nə etməlidi ki Dənizlə müqayisədə üstün olsun?
- Dəniz başlayandan özünəinam qazandı. Təbii ki, komandada rəqabət olmalıdı. Musanın komandaya öyrəşəcəyini və əldə etdiyi şanslardan yararlanacağını istisna etməmək lazımdı. Əks halda yanılmış olarsız. Musa həmişə öz üzərində işləyir.
- Bilindiyi kimi, Musa “Qarabağ”ın baş məşqçisi, Avropada tanınan Qurban Qurbanovun oğludu. Bir neçə həftə əvvəl İsveç mətbuatı Musanın ona layiqli oğul olmadığını iddia edirdi. Bu fikirlərlə razısız?
- Tam ifrat fikirdi. Musa Qurbana və bütün ailəsinə böyük hörmət bəsləyir. Azərbaycanda və avrokubok oyunlarında “Qarabağ” möhtəşəm nəticələr əldə edib. Mənim üçün Qurban Qurbanov çox peşəkar oğlu olan böyük liderdi.
- Musa İsveç mətbuatına verdiyi açıqlamada ona şans verilməməsinin səbəbini bilmədiyini, Tomas Lagerlöf isə futbolçunun bu barədə məlumatlandırıldığını bildirib. Göründüyü kimi, fikir ayrılığı var. Bu problemdən xəbəriniz varmı? Səbəblər Musaya ətraflı izah olundu, yoxsa...
- Məşqçi ilə Musa arasındakı münasibətlərlə bağlı çoxlu spekulyasiya və söz-söhbət var. Çünki oyun vaxtı məhdud idi. Musanın məşqçilərə böyük hörmət bəslədiyini görürük. Matç zamanı heyətdə şans verilməməyi normal şeydi. Yəqin ki, Musanın atasının da məhdud oyun şansı verdiyi futbolçular var.
- Musanın iyunda icarə əsasında “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərlər həm Azərbaycan, həm də İsveç mətbuatında yer alıb. Klub sizə müraciət edib, danışıqlar aparıb?
- Bilirik ki, Musaya maraq böyükdü. Ötən qış da bunu gördük. İndi də yetərincə diqqət var. Yay üçün isə yəqin ki, oturub bir neçə həftə ərzində Musanın gələcəyini planlaşdıracağıq. Əlbəttə, bundan sonra təklifləri gözdən keçirəcəyik. Onun üçün ən yaxşısını edəcəyik. Hazırda Musa ilə bağlı heç bir klubla danışıqlar aparmırıq.
- Futbolçu üçün satışı qiymətinin müəyyənləşdirildiyi haqda xəbərlər də var. Söhbət təxminən 850 min avrodan gedir. Belə xəbərlər doğrudumu? Məqsədiniz oyunçunu satmaq, yoxsa icarəyə verməkdi?
- Biz qiymət müəyyənləşdirməmişik və ya müzakirə etməmişik. Bunlar, sadəcə, fərziyyədi. Təbii ki, Musa cəlbedici futbolçudu və biz onu “Qarabağ”dakı, milli komandadakı xidmətlərinə görə yüksək qiymətləndiririk (Futbol+).

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC