PFL rəsmisi çempionatlarda qaliblərə veriləcək yeni kubokun və medalların hazrlandığı ölkəni açıqladı

Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb.

Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev məlumat verib.

PFL rəhbərliyi bir çox ölkələrdən təkliflər olmasına baxmayaraq, mükafatların Türkiyədə hazırlanmasını məqsədəuyğun sayıb: “İlk olaraq onu deyim ki, kubok və medallarla bağlı dizayn ideyaları PFL-ə məxsusdur. Yəni hər hansı hazır qəlib əsasında yox, biz tərəfdən təqdim olunan çizgilərə uyğun hazırlanıb. Bu məsələ mövsümün əvvəlindən planlaşdırılırdı. Futbolumuz, eləcə də ümumi dəyərlərimiz və tarixi irsimizlə bağlı detalların əks olunmasına çalışılıb. Bir çox ölkələrdən təkliflərimiz var idi. Sonda Türkiyədə hazırlanması uyğun görüldü” (report.az).

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC