Benzia böyük liqalarda oynamaq, Qurbanov qalmasını istəyir

"Qarabağ"ın legioneri Yassin Benzia karyerasını böyük liqalarda davam etdirmək istəyir.

Presssport.az xəbər verir ki, təcrübəli əlcəzairli yarımmüdafiəçiyə təkliflər var.

Bu barədə fennecfootball.com nəşri məlumat yayıb.

Lakin Benzianın “Qarabağ”dan gedəcəyi o qədər də real görünmür. Çünki Azərbaycan çempionu 29 yaşlı hücumameyilli yarımmüdafiəçini buraxmaq fikrində deyil. Belə ki, baş məşqçi Qurban Qurbanov komandanın aparıcı üzvlərindən birino buraxmaq istəmir.

Hazırda Benzianın gələcəyi qeyri-müəyyəndi.

Qarşıdakı bir neçə həftə futbolçunun gələcəyini müəyyən etmək üçün həlledici olacaq.

Xatırladaq ki, Yassin 2023-cü ilin yanvarından "Qarabağ"da çıxış edir. Əlcəzair millisinin üzvü bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn yayda başa çatır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC