AVF növbəti təlim-məşq toplanışını Gəncədə təşkil edib

Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti təlim-məşq toplanışını Gəncə şəhərində təşkil edib.

AVF-nin mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, Azərbaycan Texnologiya Universitetinin idman zalında keçirilən məşq prosesində Gəncə Regional Voleybol Klubunun 60-a yaxın yeniyetmə və gənc qızları, eləcə də regionda fəaliyyət göstərən məşqçilər iştirak edib.

Məşqləri yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma keçib. Gündə iki dəfə keçirilən məşqlər həm fiziki, həm də texniki hazırlıqdan ibarət olub.

Məşqlər mayın 15-17-də baş tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC