"Araz-Naxçıvan" yeni transferini açıqladı: "Bura ehtiyatda oturmaq üçün gəlməmişəm"

"Araz-Naxçıvan” dövrələrarası fasilədə heyətini gücləndirməyə çalışır. Presssport.az klubu mətbuat xidmətinə istinadən xəbər verir ki, naxçıvanlılar Ramin Nəsirli ilə anlaşıb. 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə “6 ay + 1 il” müddətinə anlaşma imzalanıb. “Neftçi”nin yetirməsi olan Nəsirli bir müddət Latviyanın güclülər dəstədində iştirak edən “Daugavpils” klubunda legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb. “Araz-Naxçıvan”a keçidi ilə bağlı Ramil yeni klubunun rəsmi saytına bunları deyib: “Baş məşqçi ilə görüşdük, məni komandada görmək istədiyini bildirdi. Dəvətə və etimada görə ona təşəkkür edirəm. Üzərimdə çalışacam, məqsədim əsas komandada meydana çıxmaq, daimi oynamaqdır. Bilirəm, mövqeyimdə rəqabət var, ancaq bura ehtiyatda oturmaq üçün gəlməmişəm. Başqa klublardan da təkliflər var idi. Latviyadan və yerli klublarımızdan dəvət almışdım, ancaq “Araz-Naxçıvan”ın oyun üslubu daha cəlbedici olduğuna görə, bu komandanı seçdim. Kollektiv də məni mehriban qarşıladı. Artıq iki məşqdə iştirak etmişəm. Gördüklərim məni qane edir”.

Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl qış transfer dövründə İldar Alekperovu “Sabah”dan icarəyə götürüb.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC