Qurban Qurbanov: "Çempionatımıza əcnəbi hakimlərin dəvət olunmasını heç xoş qarşılamadım"

“Qarabağ” Premyer Liqanın XXXIV turunda öz meydanında "Turan Tovuz"u 4:3 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransına qarşılaşma haqda danışmaqla başlayıb.

- Futbolçularımı təbrik edirəm. Maraqlı, bol qollu oyun oldu. Azarkeşlərə təşəkkür edirəm.

- Azərbaycanlı məşqçilər xarici ölkələrdə təcrübə keçir. Maraqlıdır, başqa ölkələrdən sizin yanınızda təcrübə keçmək istəyən olub?

- Xaricdən gələnlər olub, yəqin məlumatınız var. Polşadan, Rusiyadan gəliblər.

- AFFA İcraiyyə Komitəsinin iclasından sonra infrastrukturla  bağlı problemdən söz açmışdınız. İnfrastrukturu formalaşdırmaq üçün ən azı nə qədər vaxt lazımdır?

- Vaxt demək düzgün çıxmaz. Mütləq yaxşılaşdırmaq lazımdı. Klublar böyüsə, stabil iş prinsipləri olsa, çox da vaxt lazım deyil. Elə öz bazamızı ərsəyə gətirməyə maksimum iki il vaxt getdi. Məncə, istək olsa, elə də uzun vaxt aparmaz. İnfrastruktur ən vacib amillərdən biridi.

- "Qarabağ"la müqaviləniz nə vaxt bitir?

- Hələ komanda ilə bir illik müqaviləm var.

- Portuqaliya mətbuatının yazdığına görə, Leandro Andrade ilə "Fənərbaxça" və "Beşiktaş" maraqlanır. Bu, nə dərəcədə doğrudu?

- Bizdə belə məlumat yoxdu.

- Son iki turun bir neçə oyununda əcnəbi VAR hakimi olacaq? Sizcə, buna ehtiyac var?

- Bunu heç xoş qarşılamadım. Hamımız öz sahəmizdə aktiv olmağa çalışmalıyıq. Səhvlər olur. Bilmirəm VAR sistemi nə dərəcədə qəlizdi. Cavan kadrlardır, ola bilər ki, hardasa səhv edərlər. Bizim hakim Əliyar Ağayev Yunanıstan çempionatında oyun idarə edir. Bizdən ora gedirlərsə, deməli, güvənirlər. Hakimlərimiz elə etməlidir ki, başqalarına şans verilməsin. 

- Hakimlər özləri günahkardır?

- Mütləq. Daha çox aktiv olmalıdırlar

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC