"Neftçi" üçün son sınaq - çempion ola biləcək?

“Neftçi” PFK-nın qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında bu mövsüm sonuncu oyununu keçirəcək. Presssport.az xıbır verir ki, Siyasət Əsgərovun komandası bu gün XVIII turda “İnter”lə (Xaçmaz) qarşılaşacaq. 

Saat 13:00-da “Neftçi” Futbol Mərkəzində baş tutacaq matçdan sonra mükafatlandırma mərasimi təşli olunacaq. Oyun və mükafatlandırma mərasiminin “Neftçi TV” vasitəsilə canlı yayımlanması planlaşdırılır.

15 oyundan 42 xal toplayan “Neftçi” turnir cədvəlindəki 1-ci pillənin sahibi, 16 oyun keçirən “Sumqayıt”dan 3 xal geri qalır. Bu isə o deməkdir ki, “ağ-qaralar” qələbə qazanarsa, xallar bərabərləşəcək. Belə olan halda, çempionun müəyyənləşməsi üçün əsas göstərici kimi komandalar arasındakı şəxsi nəticələr (1:2, 2:0) nəzərə alınacaq ki, bu halda, “Neftçi” üstün olduğu üçün Azərbaycan çempionluğunu qazanacaq.

Xatırladaq ki, Yüksək Qızlar Liqasının çempionu qadınlar arasında təşkil olunan UEFA Çempionlar Liqasında mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC