Region Liqasında bürünc medalçı bəlli oldu

AFFA Region Liqasında III yer uğrunda oyun keçirilib.

Presssport.az xəbər verir ki, bürünc medal uğrunda matçda Qazax “Göyəzən”i və Saatlı “Ümid”i üz-üzə gəliblər. “ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” kollektivi bürünc medallara sahib olub.

Medalları komandaya veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.

Xatırladaq ki, AFFA Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” (Xaçmaz) və “Hypers” (Bakı) arasında keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC