"Qalatasaray", "Beşiktaş" və "Zenit"in futbolçuları milli komandamızda

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyəyə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.

Milli mayın 27-də toplaşaraq Ərzincana yollanacaq və oyun gününə kimi hazırlığı orada keçəcək. Komandalar arasında matçlar mayın 31-də Ərzincanda, iyunun 4-də isə Bakıda oynanılacaq.

Qapıçılar: Aytac Şərifova (“Trabzonspor”, Türkiyə), Nərgiz Əliyeva (“KDZ Ereğli Spor”, Türkiyə), Günay İsmayılova (“Neftçi”);

Müdafiəçilər: Nigar Mirzəliyeva ("Zenit", Rusiya), Nərgiz Hacıyeva ("Aktobe", Qazaxıstan), Mana Mollaeva ("Neftçi"), Ayşən Əhmədova (PAOK, Yunanıstan), Kamilla Məmmədova ("Okjetpes", Qazaxıstan);

Yarımmüdafiəçilər: Diana Məmmədova (“Yenisey”, Rusiya), Fidan Cəfərova (“Boka Xuniors”), Firəngiz Teymurova, Coşqunə Əliyeva (hər ikisi “Neftçi”), Esra Manya (“Beşiktaş”, Türkiyə), Kristina Bakarandze, Nazlıkan Parlak (hər ikisi  “Qalatasaray”, Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou”, Yunanıstan);

Hücumçular: Alina Dorofeeva ("Yenisey", Rusiya), Aysun Əliyeva, Milana Rəhimova (hər ikisi "Neftçi"), Jalə Məhsimova ("Beylerbeyispor", Türkiyə), Yeliz Acar, Peritan Bozdağ (hər ikisi "Fatih Vatan", Türkiyə), Sevinc Cəfərzadə ("Eastern Flames", Səudiyyə Ərəbistanı ).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC