"Qarabağ"ın rəqibi PSJ-dən futbolçu icarəyə götürdü

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” heyətinə yeni futbolçu qatıb. Presssport.az xəbər verir ki,  Portuqaliya təmsilçisi PSJ-nin futbolçusu Şer Nduru heyətinə qatıb.

Klublar arasında danışıqlar müsbət yekunlaşıb. Razılığa əsasən, 19 yaşlı italiyalı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Braqa”da çıxış edəcək. Gənc futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra müqavilə bağlayacaq.

Ndur PSJ-yə 2023-cü ilin yayında "Benfika"ya keçdiyindən cəmi yarım ildən sonra Portuqaliyaya qaıdır. O, 2028-ci ilədək müqaviləsi olduğu parislilərin heyətində bu mövsümdə 4 matçda çıxış edərək 1 qola imza atıb.

Xatırladaq ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını 22-də evdə keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC