Patrik Andrade üçün yeni rəqib

"Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi Afrika Millətlər Kubokunda çıxışını davam etdirir. Presssport.az xəbər verir ki, öz qrupunda 1-ci yeri tutaraq 1/8 finala vəsiqə qazanan kabo-verdelilərin bu mərhələdəki rəqibi bəlli olub.

Belə ki, Andradenin millisi Mavritaniya yığması ilə qarşılaşacaq. Oyun yanvarın 29-u Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

Xatırladaq ki, Andrade hazırkı turnirdə qrupdakı 3 matçdan 1-də iştirak edib. O, Misirlə son görüşdə əsas heyətdə meydana çıxaraq 70-ci dəqiqədə əvəzlənib. 


 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC