Misli Premyer Liqasının bombardiri mükafatlandırıldı

Misli Premyer Liqasında XXXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” (2:2) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub. Presssport.az xəbər verir ki, “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo 20 qolla Misli Premyer Liqasında 2023/2024-cü illər mövsümünün ən sərrast futbolçusu seçilib.

Ona mükafatı AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.

Xatırladaq ki, bu, 28 yaşlı Juninyonun Premyer Liqamızda debüt mövsümü idi. Son turda da fərlqənən Olavio ümumilikdə 20 qol müəllifi oldu. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC