"Qarabağ"ın legioneri 2 Rusiya klubundan təklif gəlib - agenti adları açıqladı

"Qarabağ"ın futbolçusu Leandro Andrade ilə Rusiyanın 2 klubu maraqlanır. Presssport.az xəbər verir ki, bu barədə kabo-verdeli yarımmüdafiəçinin agenti Uqo Kadjuda Rusiya mətbuatına açıqlamasında bildirib. 

Bunlar Premyer Liqa təmsilçiləri "Rubin" və "Krasnodar"dı: "Həqiqət budur ki, "Rubin" futbolçunun oyununu izləyir. Andrade ilə həmçinin "Krasnodar" da maraqlanır. Görək, bütün bunların nəticəsi necə olacaq".

Daha əvvəl məlumat yayılmışdı ki, "Rubin" 25 yaşlı Andradeyə görə "Qarabağ"a 1,5 milyon avro təzminat ödəməyə hazırdı. "Qarabağ" rəhbərliyi isə kluba belə bir təklifin daxil olmadığını bildirib.

Xatırladaq ki, Leandroya Çinin "Şanxay Şenxua" klubundan təklif gəlsə də, tərəflər yekun razılığa gəlməyiblər. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC