Fərrux Mahmudov: "Artıq iki futbolçuya təklif göndərmişik, ikisi də..."

"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov klubun televiziyasına açıqlama verib. Presssport.az xəbər verir ki, Mahmudov komandanın hazırkı durumu, təlim-məşq toplanışı, transfer işləri və s. barədə danışıb: "Gözümə ilk dəyən komandadakı pozitiv ab-hava idi. Bunu çoxdandır ki, görmürdüm. Komanda birlik olmuşdu. Bu ab-hava çox xoş idi. Əmin oldum ki, fasilə zamanı futbolçular öz ailələri ilə kifayət qədər vaxt keçirib. Ona görə də komandaya yaxşı əhval-ruhiyyə ilə qayıdıb. Çətin bir il idi. Bu çətinliklərə baxmayaraq, 3-cü pillədə qərarlaşdıq. Mövsümün qalan hissəsində mübarizəyə hazır olmalıyıq. Hədəfimiz avrokuboklarda iştirak etməkdi. Gərgin mübarizəyə hazır olmalıyıq. İnanıram ki, yaxşı olacaq". Klub rəhbəri transfer işləri haqqında da danışaraq, artıq iki hücumçuya təklif göndərdiklərini deyib: "Yeni ildə yeni baş məşqçidən əlavə olaraq, buraya artıq yeni məşqçilər heyəti də gəlib. Qapıçılar üzrə yeni məşqçimiz də buradadı, Emil Babayev bizə qoşuldu. İdman Departamentimiz əllidən çox oyunçuya baxış keçirib, beş futbolçuya fokuslanıb. Artıq iki futbolçuya təklif göndərilib, cavab gözləyirik. Hər iki oyunçu hücumçudu. Təəssüf ki, hal-hazırda onların adlarını deyə bilmərəm". Mahmudov komandadan gözləntilərini də bölüşüb: "Həm bir azarkeş kimi, həm də klubun rəhbəri kimi komandadan ancaq qələbə gözləyirəm. Qələbədən başqa, əzmkar bir oyun istəyirəm. Meydançaya ruhlarını qoysunlar".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC