"Qarabağ"ın rəqibi hücumçusunu 15 milyon avroya "Krasnodar"a satır

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” futbolçusu Alvaro Calonu 15 milyon avroya satır. Presssport.az xəbər verir ki, Rusiya mətbuatı 24 ispaniyalı yaşlı hücumçunun bu ölkənin “Krasnodar” klubuna keçməyə yaxın olduğunu yazıb. 

Belə ki, Premyer Liqa təmsilçisi Alvaronun transferi üçün qarşı tərəflə danışıq aparır. “Braqa” rəhbərliyi Calonu 15 milyon avroya satmağa hazır olduğunu bəyan edib ki, ruslar bu məbləği ödəməyə razıdı.

Qvineya-Bisau əsilli Calo cari mövsüm bütün turnirlərdə 29 oyun keçirərək 13 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xatırladaq ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını 22-də evdə keçirəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC