"Neftçi" də istəyirdi, "Atletiko" transfer etdi

"Atletiko" Rumıniya millisinin və Buxarest "Rapid"in futbolçusu Horatsu Moldovanın keçidini həll edib. Presssport.az xəbər verir ki, 26 yaşlı qolkiperlə 3,5 illik müqavilə imzalanıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Moldovan “Rapid”də keçirdiyi 113 oyunda 125 qol buraxıb. O, 42 oyunda qapısını toxunulmaz saxlayıb.
Onu da bildirək ki, Horatsunun adı "Neftçi" ilə də hallanırdı.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC