"Qarabağ"ın legionerinə ÇL-in qalibi də göz qoyub - danışıqlar aparacaq

"Qarabağ"ın legioneri  OlavioJuninyoya yeni müştəri çıxıb.

Presssport.az xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçunu heyətinə qatmaq istəyən növbəti klubu “Srvena Zvezda”dı.

Serblər uzun müddətdi Juninyonu izləyir. Belqrad klubunun "sambaçı" üçün “Qarabağ”la danışıq aparacağı qeyd olunur. Son ölkə çempionu olan “Srvena Zvezda”nın çıxış edəcəyi Çempionlar Liqasını (ÇL) Çempionlar Kuboku adlandığı dövrdə - 1991-ci ildə qazandığını da vurğulayaq.

Xatırladaq ki, keçən mövsüm "qızıl dubl" müəlifi və Premyer Liqanın bombardiri olan Juninyonu “Braqa” və "Beşiktaş" da transfer etmək istəyir.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC