Millimizin oyunçusu "Naxçıvan"da

“Naxçıvan” daha bir basketbolçu ilə müqavilə bağlayıb.

Presssport.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın U-16 və U-18 millilərində çıxış edən Papuna Kirtadze ilə razılıq əldə olunub.

184 sm boya malik 23 yaşlı basketbolçu son olaraq Gürcüstan A liqasında mübarizə aparan Kutaisi Akaki Tsereteli Dövlət Universitetinin komandasında çıxış edib.

Xatırladaq ki, Naxçıvanın eyniadlı klubu bundan öncə Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins və Ahmet Karaçelik ilə müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC