Sərbəst güləş yığmamız Minskdə təlim-məşq toplanışındadı

Sərbəst güləş üzrə Azərbaycan millisi Belarusda təlim-məşq toplanışındadı.

Bu barədə Presssport.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Minskdə yerləşən “Stayki” İdman Mərkəzində təşkil olunan hazırlıq prosesində məşqlər yerli komandayla birgə keçirilir.

Yığmamız ötən həftə Belarusun paytaxtında baş tutan Aleksandr Medvedin xatirə turnirində iştirak etdikdən sonra həmin məkanda toplanışa start verib. Sentyabrın 23-də başlayan hazırlıq prosesi oktyabrın 5-dək davam edəcək.

Onu da bildirək ki, baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında keçirilən toplanış oktyabrda Albaniyada təşkil ediləcək U-23 və böyüklər arasında dünya çempionatlarına hazırlıq xarakteri daşıyır.

Bizim WhatsApp

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC