“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub

“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub.

Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VII turuna təsadüf edib.

Bakı derbisində “Səbail”lə görüşən “Sabah” səfərdə 4:2 hesablı qələbə qazanıb. Matçdakı sonuncu qol qonaqlar üçün yubiley xarakteri daşıyıb. Bu topa Pavol Şafranko penaltidən imza atıb.

Onu da bildirək ki, “Sabah” 250-ci qolu 183-cü oyunda vurub. Paytaxt təmsilçisinin ilk qolunu 2018-ci il avqustun 12-də Marko Deviç vurub. O, “Keşlə” ilə səfər qarşılaşmasında penalti ilə qələbə topuna imza atıb – 1:0.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC