Bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın Paris-2024-ə vəsiqə təmin etməsi xəbəri rəsmiləşdi

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etməsi xəbəri rəsmiləşib.

Presssport.az xəbər verir ki, 22-26 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilən builki Olimpiya Oyunları üçün qitə üzrə son lisenziya xarakterli yarışda - Avropa çempionatında millimiz çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq siyahıda lisenziyanı daha öncədən təmin etmiş Bolqarıstan, İtaliya və İspaniya komandalarından sonra 4-cü yerdə qərarlaşıb. 

Qeyd edək ki, builki qitə çempionatlarında qrup hərəkətləri komandaları arasında yalnız bir lisenziya oynanılırdı. Budapeştdə keçirilən Avropa çempionatında artıq Olimpiya Oyunlarına lisenziya qazanmış 3 komandadan sonra ən yüksək nəticəni Azərbaycan əldə etdiyinə görə Paris-2024-də iştirak haqqı qazanan ən güclülər sırasında bizim də milli yer alır.  

Bununla da bu il baş tutacaq Olimpiya Oyunlarına gimnastika üzrə ölkəmiz indiyə qədər 3 lisenziya qazanmış oldu. 

Xatırladaq ki, Paris Olimpiadasında gimnastikamız adına ilk lisenziyanı böyük fərdi gimnastımız Zöhrə Ağamirova əldə edib. O, həmçinin Tokio-2020-də iştirak edərək Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda çıxış etmiş ilk gimnast kimi tarixə adını yazdırıb. İkinci lisenziya sevincini isə bizə batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova yaşatdı. Belə ki, o, batut gimnastikası üzrə ölkəmiz adına ilk tarixi lisenziyanı qazanaraq ən yaxşıların siyahısına düşməyi bacardı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC