Ronaldo Mbappenin "Real"a keçidinə belə münasibət bildirdi

"Real"ın sabiq ulduz futbolçusu Kriştiano Ronaldo Kilian Mbappenin Madrid təmsilçisinə keçidinə münasibət bildirib.

Presssport.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı hücumçu Mbappenin transfer paylaşımının altına bu şərhi yazıb: “Səni izləmək sırası məndədi. “Bernabeu”nu coşdurmağını izləməkdən şad olaram”.

Bu yerdə bildirək ki, 25 yaşlı fransalı hücumçu "Real"a keçdiyini elan etdikdən sonra sosial şəbəkələrdə yeni klubu formasında uşaqlıq fotolarını, həmçinin Madrid təmsilçisində 9 il çıxış etmiş Ronaldo ilə birgə fotosunu yerləşdirib.

Xatırladaq ki, Mbappe dünən Madrid təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC