Lunyov azarkeşlərə təşəkkür edib: "Gələcəkdə də "Qarabağ"ı belə dəstəkləməyinizi arzulayıram"

"Qarabağ"dan ayrılan rusiyalı qapıçı Andrey Lunyov azarkeşlərə təşəkkür edib.

Presssport.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən 32 yaşlı qolkiper keçən mövsümdə azarkeşlərin ona böyük dəstək verdiyini söyləyib: "Əziz azarkeşlər, bu mövsum, bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm! Biz də öz növbəmizdə çalışırdıq ki, sizə təşəkkürümüzü eyni formada bildirək. Uğur və uğursuzluq dövründə həmişə yanımızda oldunuz. Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi. Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də "Qarabağ"ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm!".

Xatırladaq ki, 2023-cü ilin sentyabrından "köhlən atlar"da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la “qızıl dubl”a imza atıb və onunla başa çatan müqavilə uzadılmayaraq bu gün rəsmən yollar ayrılıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC