Minifutbol millimiz Fransanı da məğlub etdi, qrup lideri kimi pley-offa çıxdı

Bosniya və Herseqovinada  təşkil olunan minifutbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulur.

Presssport.az xəbər verir ki, milli komandamız F qrupunda sonuncu görüşdə Fransa millisi ilə qarşılaşıb. 

Elşad Quliyevin komandası 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla 1-ci sırada tamamlayıb. Yığmamız pley-off mərhələsində E qrupunun 2-cisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.

Xatırladaq ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC