Ramazanov "Səbail"ə lazım olmadı

“Səbail” kapitanı Ağabala Ramazanovla yollarını ayırıb.

Presssport.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə müddəti yenilənməyib.

Xatırladaq ki, Ağabala karyerası ərzində 2 dəfə - 2018-20 və 2022-24-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə edib. O, keçən mövsümün ikinci yarısını ağır zədə üzündən boşa verməli olmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC