Tennisçilərimiz Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək

Padel tennis üzrə Azərbaycan millisi Norveçin Oslo şəhərində təşkil ediləcək Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək.

Presssport.az xəbər verir ki, qitə turnirinin E qrupunda mübarizə aparacaq komandanın rəqibləri San Marino, Macarıstan və Monteneqro yığmaları olacaq.

Ölkəmizi yarışda Vasil Mladenov, Tamerlan Əzizov, Rəsul Qocayev, Samir Qafarov, Dəniz Əliyev, Oleq Zaqorodnev və Yusif Rzayev təmsil edəcək.

Avropa çempionatının təsnifat mərhələsi iyunun 7-dən 9-dək keçiriləcək. İtaliyanın Kalyari şəhərində baş tutacaq əsas mərhələ isə iyulun 22-dən 27-dək reallaşacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC