Minifutbol millimiz Avropaçempionatının 1/4 finalında- YENİLƏNİB

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Presssport.az xəbər verir ki, Bolqarıstan yığmasıyla bu gün qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

Komandamızın heyətində 7-ci dəqiqədə Ramiz Çovdarov, 31-ci dəqiqədə Təmkin Xəlilzadə, 45-ci dəqiqədə Rəvan Kərimov fərqlənib. Rəqibin görüşdəki yeganə qolu isə 21-ci dəqiqədə Yavor Gençevdən gəlib.

Elşad Quliyevin komandasının 1/4 finaldakı rəqibi Qazaxıstan yığması olacaq.

Xatırladaq ki, son Avropa çempionu olan millimiz qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Belə ki, minifutbolçularımız Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı isə 3:1 hesabı ilə məğlub edərək 1/8 finala maksimum nəticə ilə yüksəlib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC