"Xankəndi"nin rəsmisi klubla bağlı onlar üçün fəxr olunası məqamlar və böyük hədəflər haqda: "Hazırda ev oyunlarımızı Xankəndidə keçirmək mümkün deyil"

"Xankəndi" komandasını yaratmaq və təmsil etmək bizim üçün fəxrdir".

Presssport.az xəbər verir ki, bunu açıqlamasında yeni yaradılmış "Xankəndi" klubunun icraçı direktoru Vasif İsmayılov deyib.

O, 2024/2025 mövsümündə AFFA Region Liqasında iştirak edəcək komandanın yaranmasından və hədəflərindən danışıb:

"Azərbaycan minifutbol çempionatında çıxış edən "Real Bakı"nın təsisçisi Elnur Məcidov mənimlə əlaqə saxladı və belə bir komanda yaratmaq istədiyini bildirdi. Mən isə ona bu işdə can-başla kömək edə biləcəyimi söylədim. Bəzi işləri görmüşük, vergi məsələlərini həll etmişik. İnşallah, cari mövsüm Region Liqasında çıxış edəcəyik. "Xankəndi" komandasını yaratmaq və burada çalışmaq bizim üçün fəxrdir. Mən icraçı direktor, Elnur Məcidov isə klub prezidenti vəzifəsini icra edəcək".

Klub rəsmisi ev oyunlarını keçirmək üçün Şamaxı Olimpiya Komleksinə müraciət etdklərini bildirib:

"Rəqib komandaları Şamaxıda qəbul edəcəyik. İnşallah, vaxt gələr ev oyunlarımızı Xankəndi şəhər stadionunda keçirərik. Hazırda bu mümkün deyil. Çünki dövlətimizin siyasəti var və hazırda işğaldan azad olunan torpaqlarımıza gediş-gəliş icazəli şəkildə həyata keçirilir. İnşallah, hədəflərimiz böyükdür. Hətta onu deyə bilərəm ki, nə vaxtsa Xankəndi stadionunda çıxış etsək, məskunlaşacağımız otel də bəllidir. Həmin yerin adını çəkmək doğru olmaz. Çünki danışmaqdansa, iş görməyi və uğur qazanmağı üstün tuturam".

V.İsmayılov komandada təcrübəli futbolçuların yer alacağını bildirib:

"Azərbaycan çempionatında təcrübəsi olan futbolçularla müqavilə bağlayacağıq. Bəziləri ilə artıq anlaşmışıq. İnanıram ki, ortaya yaxşı iş çıxaracağıq. "Real Bakı" minifutbol komandasında çıxış edən oyunçulardan da gələnlər olacaq".

"Xankəndi" rəsmisi son olaraq çalışdığı Azərbaycan II Liqa təmsilçisi "Füzuli"dən ayrılacağını söyləyib:

"Uzun müddət "Füzuli" komandasında icraçı direktor kimi fəaliyyət göstərmişəm. Bilənlər bilir ki, bu komandada necə zəhmətim olub. Klubun II Liqaya çıxması üçün əlimdən gələn hər şeyi etmişdim. İnşallah, eyni uğuru "Xankəndi" klubunda da qazanacağıq".

Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayında başlaması nəzərdə tutulub (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC