"Səbail" vitse-kapitanını da yola saldı - RƏSMİ

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Belə ki, paytaxt təmsilçisi vitse-kapitanı Adil Nağıyevlə vidalaşıb. 28 yaşlı müdafiəçi ilə imzalanmış müqavilənin müddəti başa çatıb və uzadılmayıb.

“Səbail“ futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Nağıyev 2019-cu il avqustundan 2022-ci ilin avqsutundan "Səbail"də oynayıb, 2023-cü ilin yanvarında icarədən qayıdaraq cari mövsümün sonunadək “dənizçilər”in formasını geyinib. 

Xatırladaq ki, "Səbail" daha əvvəl kapitanı Ağabala Ramazanovla da yollarını ayırıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC