Fəridə qardaşıyla yenidən komanda yoldaşı olmaq xoşdu: “Səbail”in karyeram üçün daha uğurlu seçim olduğunu düşündüm”

“Səbail”in yeni transferi Fərid Nəbiyev müsahibə verib. 

Presssport.az həmin müsahibəni təqdim edir:

- Artıq yeni klubun məlumdur. “Səbail”ə keçidin necə baş tutdu?

- Yaxşı təklif gəldi və mən də qəbul etdim. “Səbail” çox yaxşı komandadır. Heyətdə güclü futbolçular toplaşıb, eləcə də yaxşı məşqçi heyəti var. Artıq mən də “Səbail”in bir parçasıyam. Əlimdən gələnin ən yaxşısını edərək klubumuzun uğurları üçün çalışacam.

- Yəqin ki, digər klublardan da təkliflər var idi. Bu halda niyə məhz “Səbail”i seçdin?

- Bəli. Bəzi təkliflər oldu. Amma “Səbail”in karyeram üçün daha uğurlu seçim olduğunu düşündüm.

- “Səbail” deyəsən daha əvvəl, qış fasiləsində səni transfer etmək istəyirdi. Həmin vaxt keçid niyə baş tutmamışdı?

- Hər zaman oynadığım komandanın uğurlu olması üçün çalışmışam. Bütün fikrlərim də ancaq komandamla bağlı olub. Ona görə də yazılanlarla maraqlanmamışam. Qışda “Turan Tovuz”da çıxış edirdim və bütün fikrim klubumda idi.

- Yenidən qardaşın Yusif Nəbiyev bir klubda çıxış edəcək. Bu amil seçimində nə dərəcədə rol oynadı?

- Təbii ki, Yusiflə birlikdə oynamaq mənim üçün həmişə xoş olub. Bir illik fasilədən sonra yenidən eyni klubdayıq. Ümid edirəm ki, qardaşımla birlikdə “Səbail”ə daha çox fayda verəcəyik.

- Şahin Diniyevlə yəqin ki, görüşün olub. Təcrübəli mütəxəssisin səndən gözləntiləri nədir?

- Bəli, Şahin müəllimlə görüşdük. O da öz növbəsində tövsiyələrini verdi. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam ki, gözləntiləri qarşılaya bilim. Ümidləri doğrutmaq üçün əlimdən gələni edəcəm.

- Yeni klubunda hədəfin, məqsədin nədir?

- “Səbail”də başlıca hədəfim uğur qazanmaqdır. Klubumuza faydalı olmaq istəyirəm. Performansımla komandamızın nəticələrində pay sahibi olmaq istəyirəm (futbolxeber.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC