"Zirə" 2 yeni transferini açıqladı

“Zirə” 2 yeni futbolçu ilə anlaşıb.

Presssport.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Aydın Bayramov və Elçin Əlicanov "Zirə" ilə 2 illik müqavilə bağlayıb.

Bayramov daha əvvəl “Sumqayıt” və “Turan Tovuz”, Elçin Əlicanov isə “Binə”, “Zaqatala” və “Kəpəz”də çıxış edib. Onlar son klublarıyla başa çatan müqavilələri uzatmayıb.

Xatırladaq ki, Avroliqada təmsilçimiz olacaq “Zirə” mövsüm bitəndən sonra yalnız “Şamaxı”dan icarəyə götürdüyü müdafiəçi Fuad Bayramovu birdəfəlik transfer etmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC